Gürcüstan Sərhəd Polisi Azərbaycanla sərhəddə baş verən insidentə aydınlıq gətirib

Gürcüstan Sərhəd Polisi Azərbaycanla sərhəddə baş verən insidentə aydınlıq gətirib
Загрузка...
Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze David Qareci Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib. Nsa.ge xəbər verir ki, o, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.
Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: "Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”.
T.Kupatadze azərbaycanlı sərhədçilərin məbəddən ayaqyolu kimi istifadə etməsi barədə yayılan məlumatları təkzib edib: "Zəvvarlar və turistlər məbəd ərazisini zibilləyirlər. Məbəd ərazisində Azərbaycan tərəfi təmizlik işləri aparıb”.
Загрузка...
Загрузка...

Xəbər lenti