Güney azərbaycanlı sənətkar, tanınmış fəal Abbas Lisaniyə fiqurativ heykəl həsr edib Güney azərbaycanlı sənətkar, tanınmış fəal Abbas Lisaniyə fiqurativ heykəl həsr edib

Güney azərbaycanlı sənətkar, tanınmış fəal Abbas Lisaniyə fiqurativ heykəl həsr edib
Загрузка...
Məşhur heykəltəraş, Ərdəbil şəhər sakini Hüseyn Həsənnəjad Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaniyə dəmir məftillərdən hazırladığı fiqurativ heykəli həsr edib. Abbas Lisaninin ictimai-siyasi həyatını və ədalətsizliyə uğrayaraq çətinliklərlə üzləşdiyini əks etdirən əsər "Eldən uzaq- Elə yaxın” adı ilə təqdim olunub.
H.Həsənnəjad hazırladığı əsərdə üsyan, mübarizə və azadlıq hisslərinin simvolik olaraq birləşdiyini qeyd edib. 1.30 × 1.10 ölçüsündə olan heykəl 22 saat ərzində dizayn edilib və hazırlanıb.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi ötən günlərdə elan etdiyi hökmdə Abbas Lisanini 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edib. Fəal iddianamədə qeyd olunan bütün ittihamlardan bəraət qazanıb, lakin məhkəmə prosesində elan olunmayan bir ittihama görə ağır hökmlə üzləşib.
 
Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. O bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
Загрузка...
Загрузка...

Xəbər lenti