“Müstəntiq şahidi döyməyib”

“Müstəntiq şahidi döyməyib”
Загрузка...

Virtualaz.org saytının 14 oktyabr tarixli xəbər buraxılışında yerləşdirilmiş “Müstəntiq şahidi döyərək sənədləri imzalatdırıb?!” başlıqlı yazıda səslənən iddialara Daxili İşlər Nazirliyindən reaksiya gəlib. DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına bildirib ki, Qəbələ rayon sakini Eyyub Məmmədovun oğlu Nemət Məmmədlinin Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi tərəfindən döyülməsi və digər iddiaları həqiqətdən uzaqdır, onların heç bir hüquqi əsası yoxdur. 

 “Əslində Eyyub Məmmədovu və onun digər yaxınlarını qabaqdangəlmişlik edərək yerli hüquq-mühafizə, o cümlədən polis orqanlarının əməkdaşları barədə böhtan və şantaj xarakterli məlumatlar yaymağa müraciət müəllifinin də bəhs etdiyi cinayət işinin istintaqının artıq başa çatdırılaraq məhkəmə baxışına göndərilməsidir. Belə ki, rayon sakini Asim Kamilli cari il  avqustun 1-də RPŞ-yə ərizə verərək bu il iyulun 28-də həmkəndliləri İsmayıllı Sərxan Akif oğlu və Mürşüdlü Dönməz Akif oğlu tərəfindən toy şənliyində aralarında baş vermiş mübahisəyə görə Qəbələ rayonunun Kötüklü kəndi ərazisində döyüldüyünü göstərib. Ərizə əsasında RPŞ-də araşdırma aparılıb, təhqiqat zamanı əlaqədar şəxslərdən izahatlar alınıb. Toplanmış material əsasında rayon prokrorluğunda  avqustun 3-də fakta görə CM-in  xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb və həmin işin istintaqı RPŞ-nin istintaq bölməsinin müstəntiqi Ziya Əhmədova həvalə edilib” - deyə O.Mansurzadə bildirdi. 

 Orxan Mansurzadə DİN rəsmisinin sözlərinə görə, aparılan istintaq zamanı Asim Kamilli zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, Dönməz Mürşüdlü, Sərxan İsmayıllı, Nemət Məmmədli və başqalarının şahid qismində ifadələri alınıb: “Həmçinin məhkəmə-tibbi ekspertizası təyin edilərək rəylər alınıb, üzləşdirmələr keçirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Müstəntiq tərəfindən S.İsmayıllı və D.Mürşüdlü şübhəli şəxs qismində tutularaq barələrində həbs-qətimkan tədbiri seçilib. 

Qeyd olunduğu kimi, artıq istintaq başa çatdırılıb. Görünür, hadisələrin belə gedişi Nemət Məmmədlini və yaxın qohumu Akif İsmayılovu qane etmədiyinə görə birinci şəxs avqustun 6-da “102” xidmətinə zəng vuraraq, digəri isə nazirliyə müraciət edərək yaxınlarının müstəntiq tərəfindən şöbədə guya təzyiqə məruz qaldıqlarını qeyd edib. Atasının yazdıqlanların əksinə olaraq, guya döyüldüyü iddia edilən Nemət Məmmədli də Daxili İşlər Nazirliyinə müraciət edərək müstəntiq tərəfindən hər hansı təzyiqə məruz qalmadığını  və təhqir olunmadığını bildirib”.

Criminal.az

Xəbər lenti