Günel Həsənli pornoqrafik videosu ilə bağlı məhkəməyə müraciət edib

30 Dekabr 2021, 16:16
30 Dekabr
2021
16:16
1570
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli şəxsi həyatına müdaxilə ilə bağlı məhkəməyə müraciət edib. O, şəxsi həyatına aid videogörüntülərin yayılmasında əli olan şəxs və ya şəxslərin cəzalandırılmamasından narazıdır.
Bu məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində CM-in 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanmışdı. Həmin cinayət işinin icraatı dayandırılıb. Bu barədə qərarda da göstərilib ki, bu cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmadığına görə icraat dayandırılıb.
"Bu məsələlərin heç biri araşdırılmayıb"
Həsənli bu qərarın ləğvini tələb edir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin ərazi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə şikayət verib.
O hesab edir ki, icraatın dayandırılması barədə qərar əsassızdır, obyektiv, hərtərəfli araşdırma aparılmayıb.
Həsənli istintaqa bir sıra vəsatətlər vermişdi. O, videoların çəkildiyi mənzilin yerləşdiyi binanın kameralarına baxış keçirilməsini; həmin mənzilə gəlib-gedənlərin, çəkilişi həyata keçirənlərin, görüntüləri yayan, onun uşaqlarına göndərən şəxslərin müəyyənləşdirilməsini; mənzilin sahibi Sevda Məmmədovanın fəaliyyətinin, onun Mahir Əliverdiyevlə münasibətlərinin araşdırılmasını istəyirdi: "Bu məsələlərin heç biri araşdırılmayıb...".
Həsənli görüntülərinin gizli çəkilməsi və yayılmasına görə həmin videolarda adı çəkilən və Mahir Əliverdiyev olduğu bildirilən şəxsdən şübhələnir. Bu şəxsin ona evlilik təklif etdiyini və bir müddət münasibətdə olduqlarını deyən Həsənli düşünür ki, bütün bunlar əvvəlcədən planlaşdırılmış təxribat olub.
Məqsəd isə atası Cəmil Həsənlinin siyasi fəaliyyətinə görə ondan qisas almaqdır.
Mahir Əliverdiyev iddiaları qəbul etməyib
Mahir Əliverdiyev isə istintaqda dindirilərkən videonu gizli çəkməsi və yayması haqda iddiaları qəbul etməyib. O, AzadlıqRadiosuna açıqlamasında da ünvanına səslənən ittihamların həqiqətəuyğun olmadığını bildirib.
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədov icraatın dayandırılması barədə qərarı əsaslandırarkən bildirib ki, istintaq dövründə bir sıra şahidlər dindirilib, hadisə yerinə baxış, məhkəmə kompüter texniki ekspertizası keçirilib: "Lakin təqsirləndirilən şəxs qismində cəlb olunmalı olan şəxs müəyyən edilməyib".
Bu il martın 28-də sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb. Bəzi müxalifət partiyalarının birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri ölkə rəhbərliyinin sifarişi ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”