Günay keçmiş sevgilisini bıçaqladı Günay keçmiş sevgilisini bıçaqladı

Günay keçmiş sevgilisini bıçaqladı
Загрузка...
Model Günay Musayeva keçmiş sevgilisi Taha Tatlıcını bıçaqlayıb. "Qafqazinfo” xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan "İkinci sayfa” proqramında məlumat verilib. Bunun səbəbi Tahanın mübahisə zamanı Günay və oğlu Cihangirə şiddət göstərməsi olub. T. Tatlcı hadisədən sonra modeldən polisə şikayətçi olub. O, qarşı tərəfin 2, 5 il həbsini tələb edir. Şöbəyə çağırılan Günay ifadəsində oğlunu və özünü qorumaq üçün belə addım atdığını qeyd edib: "Taha çox əsəbi idi, oğlumu döydü. Onu qorumaq üçün əlimə bıçaq alıb qarşısına keçdim. Üstümə gəldi, bıçaq ona batdı. Mən özümü müdafiə üçün belə etmişəm”.
Günay proqramla əlaqə saxlayaraq məlumatı təsdiq edib: "Canım çox yanır, kədərliyəm. Çətin günlər yaşayıram, bu mövzuda çox danışmaq istəmirəm".

Загрузка...
Загрузка...

Xəbər lenti