Günahsız yerə 35 il həbs yatdı, 3 milyon təzminat alacaq

Günahsız yerə 35 il həbs yatdı, 3 milyon təzminat alacaq
Загрузка...
 ABŞ-ın Nevada ştatının sakini Keti Vuds törətmədiyi cinayətə görə 35 il həbs cəzası çəkib. Bu barədə "Daily Mail” nəşri yazıb. Nəşrin məlumatına görə, bu səbəbdən məhkəmə ona 3 milyon ABŞ dolları təzminat ödənilməsini qərara alıb.
Vudsun vəkili hesab edir ki, təzminatın məbləği onun müştərisinin bu illər ərzində yaşadıqları üçün çox azdır. O, qadına 3,5 milyon dollaradək təzminat ödənilməsini tələb edir.
Qeyd edək ki, K. Vuds 1980-ci ildə çalışdığı barda 19 yaşlı tələbəninn öldürülməsində günahlar bilinərək həbs edilib. O bütün gəncliyini istintaq səhvinə görə həbsxanada keçirməli olub. 2015-ci ildə cinayət yerində ekspertizanın köməkliyi ilə siqaret kötüyü tapan müstəntiqlər həqiqi qatilin kimliyini öyrənib. Cinayətkarın daha 5 qadını öldürən Rodni Holbauer olduğu üzə çıxıb. 2018-ci ildə o, ömürlük həbs cəzasına məhkum edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti