Gültəkin Hacıbəyli hakimiyyəti əlçək-maska cəriməsinə görə tənqid etdi - DİN təkzib edir Gültəkin Hacıbəyli hakimiyyəti əlçək-maska cəriməsinə görə tənqid etdi - DİN təkzib edir

Gültəkin Hacıbəyli hakimiyyəti əlçək-maska cəriməsinə görə tənqid etdi - DİN təkzib edir
Загрузка...
Sosial şəbəkələrdə maska və əlcəkdən istifadə etməyən şəxslərin 100 manat cərimə edilməsi ilə bağlı məlumatlar dolaşmaqdadır. Belə cərimələrin olmasını yazanlar arasında siyasətçilər də var. Milli Şuranın üzvü Gültəkin Hacıbəyli maska-əlcək cərimələri ilə bağlı olduqca sərt status yazıb: 

"Yoluxucu xəstəliyin tüğyan etdiyi zamanda iflas edən büdcəni doldurmağın ən praktik yolu: maskasız küçəyə çıxanları 100 manat cərimə edirsən və aptekləri, ümumiyyətlə, maska ilə təchiz etmirsən! Yüzlərlə aptekdə bircə maska satdırmırsan! Bu yolla pul qazanmaq bəşər tarixində heç bir dələduzun ağlına gəlməyib! Bütün mənalarda analoqsuzluğun haqqını verir adamlar! Eşq!".

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: "Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur".  


E.Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: "Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır".

Xəbər lenti