Güllələnən eks-məmur Ədalət Partiyasının Tovuzdakı sədri olub

Güllələnən eks-məmur Ədalət Partiyasının Tovuzdakı sədri olub
Загрузка...
Bu gün Tovuzda qətlə yetirilən keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov Ədalət Partiyasının Tovuz rayon təşkilatının sədri olub. Bu barədə "Qafqazinfo”ya partiyanın sədri, sabiq deputat İlyas İsmayılov məlumat verib.
O bildirib ki, F. Ələkbərov hər zaman mərd biri olub: "O, haqq-ədalət uğrunda həmişə mübarizə aparıb. Bundan başqa problemi olmayıb. Sosial şəbəkədə nə yazırlarsa, yazsınlar. Firudin xalqın və dövlətin marağını hər şeydən üstün tutub”.
Cinayətdə günahlandırılan "Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. O, üzərində gətirdiyi "Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb. Öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.
"Göl Əli" ləqəbi ilə tanınan biznesmenin bir çox sabiq və indiki məmurlarla yaxın qohumluq əlaqəsi var. Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, "Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, "Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər.
Tofiq Zeynalov isə Baş Dövlət Yol Polis İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti