Güllələnən azərbaycanlı kriminal avtoritetin qisası alınacaq - Lotu Quli tərəfdarlarını toplayır Güllələnən azərbaycanlı kriminal avtoritetin qisası alınacaq - Lotu Quli tərəfdarlarını toplayır

Güllələnən azərbaycanlı kriminal avtoritetin qisası alınacaq - Lotu Quli tərəfdarlarını toplayır
Загрузка...
Rusiyada güllələnən kriminal aləmdə "Seva" ləqəbi ilə tanınan Sevindik adlı azərbaycanlı avtoritetə edilmiş sui-qəsdlə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, bu il avqustun 31-də Lipetsk şəhərində naməlum şəxslərin hücumuna məruz qalmış "Seva"nın həyatı üçün təhlükə hələ də qalmaqdadır. 
Kriminal avtoritetə yaxın mənbənin verdiyi məlumata görə, sui-qəsd zamanı aldığı ağır güllə yarasını xəstəxanada müalicə etdirən zaman da onu aradan götürmək istəyən klan elə müalicə aldığı məkanda dəfələrlə öldürməyə çalışıblar. Yalnız məhşur "qanuni oğru" Lotu Qulinin müdaxiləsindən sonra bunun qarşısı alınıb. Əslən Laçın rayonundan olan "Seva" azərbaycanlı qanuni oğru Lotu Qulinin yaxın adamı kimi tanınır. 

İddialara görə, Sevindik Lipetsk şəhərində kriminal vəziyyətə nəzarət edir və hazırda da vəziyyət dəyişməyib. Bu isə o deməkdir ki, kriminal savaş hər an qaçılmazdır.
İddialar var ki, Lotu Quli öz ətrafını toplayaraq "Seva"nın qanının yerdə qalmaması üçün Rusiyada yaşayan tərəfdarlarını Lipetiskə cəlb edib. Kirminal klan arasında qanlı savaşın "Seva"nın tam sağalıb ayağa qalxmasından sonra açıq müstəvidə olması qaçılmazdır. Çünki "Seva" xəstəxanada olduğu müddətdə bazarı ələ keçirməyə çəhd ediblər.  





Загрузка...
Загрузка...

Xəbər lenti