Gülər Əhmədovanın oğluna hökm oxundu

Gülər Əhmədovanın oğluna hökm oxundu
Загрузка...
Qanunsuz silah saxlamaqda ittiham olunan deputat oğlu 2 il iş aldıKeçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov 2 il azadlıqdan məhrum edilib. Nərimanov Rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb. Məhkəmədən Meydan TV-yə bildirilib ki, 33 yaşlı T.Əhmədov haqqında hökm iyulun 24-də çıxarılıb.
Hakim Samir Məmmədovun çıxardığı hökmə əsasən, o, Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib. Onun avtomobilindən tapança və partonlar tapıldığı iddia olunur.
T.Əhmədov bu ilin yanvarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində saxlanılıb. "Onun işinə hələ mart ayından məhkəmədə baxılırdı. Dəfələrlə pandemiyaya görə məhkəmə təxirə salınmışdı. Ona görə iyula qədər uzandı”, - deyə məhkəmədən bildirilib. 
 T.Əhmədov Maliyyə Nazirliyinin əməkdaşı olub. 2000-ci ildən 2012-ci ilə qədər deputat olmuş Gülər Əhmədova özü də Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 307-ci (cinayəti bilib xəbər verməmə) maddələrilə həbsdə olub. O, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin deputat olması üçün ondan 1 milyon almaqda ittiham edilirdi.
Sabiq deputatla rektor arasındakı söhbətin videogörüntüsü yayılsa da, G.Əhmədova həmin kadrların montaj olduğunu iddia edirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə G.Əhmədovaya 3 il həbs cəzası verilmişdi. O, 1 il 3 ay həbsdə qalandan sonra Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən o, şərti cəza ilə azadlığa buraxıldı.

Xəbər lenti