Güc nazirlərini aldatmaq istəyən deputatın şok məktubu - DOSYE Güc nazirlərini aldatmaq istəyən deputatın şok məktubu - DOSYE

Güc nazirlərini aldatmaq istəyən deputatın şok məktubu - DOSYE
Загрузка...
Əfv komissiyasının üzvü, deputat Elmira Axundova nazirlərə və baş prokurora yalanlarla dolu namə yazıb. Nazirlər – Ramil Usubov, Mədət Quliyev, Fikrət Məmmədov, baş prokuror Zakir Qaralova rəsmi deputat blankında ünvanladığı müraciətlə Elmira Axundova 1 məqsədə çatmaq istəyib – oğlu Həbib Axundovun pul aldığı ailə dostları Fərman Məmmədovu həbs olunsun, pullar Axundovlara qalsın. Elmira Axundovanın yalanla nail olmaq istədiyi məqsədinə çatmayıb.
Təsəvvür edin ki, Elmira Axundova illərlə dostluq münasibətində olduğu Fərman Məmmədovdan oğlu Həbib Axundovun külli miqdarda pul almasına xeyir-dua verib. Ətraflarındakı hər kəsə - dost tanışlarına da Həbib Axundovun qurduğu biznesə pul yatırmağı məsləhət bilib. Fərman Məmmədov da Elmira Axundovaya inanıb, pulu oğlu Həbib Axundova verib. Və aylar sonra Fərman Məmmədov pullarını geri istəyəndə Elmira Axundova daş atıb, başını tutub ki, bəs pulları qaytaracağıq, imkan ver Müdafiə Nazirliyindən udduğum tenderlərdən pul gəlsin.
Fərman Məmmədov gözləyib, lakin pulun əvəzində onun telefonuna Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyindən zəng gəlib. Fərman Məmmədovu MTN-ə aparıb orada saatlarla qanunsuz olaraq, heç bir əsas olmadan saxlayıblar. Həbib Axundov əlində 3 telefon MTN-nin 5-ci mərtəbəsindəki İstintaq İdarəsində qalib görkəmində peyda olub. 

Fərman Məmmədov deyir ki, ona MTN-də bəyan ediblər – buradan çıxmayacaqsan! Bəs Elmira Axundova Eldar Mahmudova məktub yazıb, ondan pul tələb etdiyinizi qeyd edib. Bunu araşdırırıq! Həbs olunacaqsınız! Həbib Axundov da anasının məktubunun necə yüksək səviyyədə araşdırılmasını müşahidə edib Fərman Məmmədovun "torba”sının necə tikildiyinə şahidliyindən məmnunluğunu gizlətmirmiş. 2015-ci ilin iyununda baş tutan və məktub yazmaqla pul batırma əməliyyatı Elmira Axundovanın ssenarisinə uyğun getməyib. Araşdırıblar, Fərman Məmmədovu da dinləyiblər. Soruşublar ki, deputatdan niyə pul istəyirsən. O da cavab verib ki, pulları məndən Elmira Axundova oğlu Həbibə verməsinə xahiş edib. Deyib ki, işə yatırır. Pulların geri qaytarılacağına qarant da mənəm, oğlumdur.
MTN-çilər də Fərman Məmmədovdan dediklərini nə ilə sübut edə biləcəyini xəbər alıblar. Bu səhnəyə qədər qalib görkəmində olan Həbib Axundov bir anda pəjmürdə olub. Qulaqlarına inanmayıb! Fərman Məmmədovun "məndə dediklərimi təsdiq edən səs yazısı var” sözləri deputat oğlu üçün günəşli havada ildırım çaxması effekti verib. Beləcə 2 MTN-çinin əhatəsində Fərman Məmmədov dediklərini sübuta yetirəcək səs yazıları olan diskləri götürmək üçün evinə aparılıb. Oradan MTN-ə 2 disklə qayıdıblar. Və disklərə Həbib Axundovun iştirakı ilə qulaq asıblar. Deputatın Eldar Mahmudova müraciətində yazdıqlarının yalan olduğu onun özünün səs yazıları ilə sübuta yetirilib. Bunu Eldar Mahmudova məruzə ediblər. Az sonra qayıdıb Fərman Məmmədova deyiblər ki, gedə bilərsiz, yaxşı yol.
2015-ci ilin oktyabrında MTN-də məlum əməliyyat keçirilib. 2 ay sonra Eldar Mahmudova yazılan məktubun "şapka”sı dəyişirilib və güc nazirlərinə, baş prokurora göndərilib. 
Elmira Axundovanın göndərdiyi məktubdan sitat: "Fərman Məmmədov məndən hədə-qorxu ilə 250 000 manat pul əldə etmiş, hazırda yenə də məndən şantaj yolu ilə pul tələb edir, pulu vermədiyim üçün mənim barəmdə həqiqətə uyğun olmayan məlumatları, şəxsi və ailə həyatımın sirri olan məlumatları kütləvi informasiya vasitələrində yayır”.
Bircə onu qeyd etmək vacibdir - bu dəfə Elmira Axundovanın məktub-müraciəti əsasında Fərman Məmmədova qarşı qanunsuzluq edilməyib. Onu Eldar Mahmudovun işçiləritək aparıb qanunsuz saxlamayıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti