"Görüşlər zamanı Milli Qvardiyanın işçisi söz verdi ki..."

Загрузка...
"Özünü Milli Qvardiyanın vəzifəli şəxsi kimi təqdim edən Samir və qohumu Kərimov Səxavət Qulu oğlunun mənə qarşı törətdikləri dələduzluq hərkətlərinin qarşısı alınsın"
Bakının Suraxanı rayonu ərazisində kirayədə yaşayan Namazov Vüsal Şəhri oğlu işə düzəlmək üçün verdiyi pullarının mənimsənildiyini iddia edir. Şikayətçinin Criminal.az saytına ünvanladığı şikayət məktubunda bildirilir ki, əvvəllər tanış olduğu Kərimov Səxavət Qulu oğlu vəzifəli şəxs kimi təqdim etdiyi qohumu ilə onu aldadıb:
"Bir gün Səxavət mənə yaxınlaşıb dedi ki, Milli Qvardiyada Samir adlı vəzifəli qohumum var. Onun vasitəsilə sənə SOCAR da yaxşı maaşlı işə düzəldə biləcək. Səxavət əvvəlcə SOCAR da 1200 manat maaşla kassir işinə düzəldəcəyini bildirdi. Razı olmadım. O zaman təklif etdi ki, SOCAR-ın Babək prospektində yerləşən İdarəsinə 700 manat maaşı olan məsləhətçi vəzifəsini təklif etdi. Lakin o bu işə qadın üçün yararlı olduğunu bildirdi. Mən o zaman 2018-ci ilin noyabrın 20-dən sonra həyat yoldaşım Leylanın sənədlərini ona təqdim etdim. Səxavət bu işin düzəlməsi üçün məndən 3000 manat istədi. Dedi ki, pulun 50%-ni indi, qalanını isə işə düzəldən sonra verərsən".

Şikayətçi qeyd edib ki, S.Kərimov inandırmaq üçün əvvəlcə noyabrın sonunda onu Milli Qvardiyada vəzifədə işləyən Samirlə Xətai rayonundakı Ukrayna dairəsinin yaxınlığında görüşdürüb:
"Təkrar isə dekabrın 2-də metro Gənclikdə görüşdürdü. Görüşlər zamanı Milli Qvardiyanın işçisi Samir də söz verdi ki, uzağı yanvarın 15-dək sizin işiniz düzələcək. Mən də bu görüşlərdən sonra arxayınlaşıb 5 dekabr 2018-ci ildə 1400 manat nağd pulu Nizami rayonundakı 50 N-li notariusda borc kimi Səxavətə verdim. Əlavə olaraq 92 manat rüsum haqqı və 50 manat da ona nağd pul da ödədim. Eləki, yanvarın 15-i oldu Səxavət telefonu tamamilə söndürdü. Biz onunla son 10 günədək yalnız whotsapp vasitəsilə danışır və yazışırdıq. Səxavət hər dəfə söz verirdi ki, işin düzələcək, sadəcə SOCAR bir az səhlənkarlıq edir, zəng etmir milli Qvardiyaya. Amma sənin işin düzəlib. Axır vaxtlar isə Səxavət mənimlə görüşməyə gəlmirdi. Mən bezib ona son xəbərdarlıq etdim ki, elə eləmə ki, səni polisə verim, tutdurum. Elə o gündən Səxavət qeyb olub .Onun yerini tapa bilmirəm. Lakin özünün dediyinə görə əvvəl mühafizəçi işləyib, hazırda isə Xəzər rayonu, Binə Sovxozun ərazisində hansısa fermada 70-80 baş mala baxmaqla məşğuldur".
V.Namazov məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin şikayətimə baxmamasından da şikayətçidir. Onun sözlərinə görə, polis işin mülki xarakterli olduğunu əsas gətirərək məhkəyə müraciət edilməsini məsləhət görür. 
V.Namazov Milli Qvardiyanın adına ləkə gətirən zabiti Samirin və onun qohumu Kərimov Səxavətin törətdiyi dələduzluq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi və pulunun qaytarılmasını xahiş edir. 
İddialarla bağlı S.Kərimovla əlaqə saxlamaq istəsək də, telefonuna zəng çatmadı. 
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsindən isə Criminal.az saytına bildirildi ki, V.Namazovun şikayəti ilə bağlı təhqiqat araşdırması aparılır. 




  

Загрузка...
Загрузка...

Xəbər lenti