Goranboyda “BMW” aşdı, qadın öldü

Goranboyda “BMW” aşdı, qadın öldü
Загрузка...
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Goranboy-Qızılhacılı avtomobil yolunun Balakürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "BMW” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər, 1990-cı il təvəllüdlü Abdullayev Tural xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təxminən 35 yaşlarında olan Günel adlı qadın isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti