Gömrük Komitəsinin dayanacağında soyğunçuluq- vətəndaşı 1 manata görə girov saxladılar Gömrük Komitəsinin dayanacağında soyğunçuluq- vətəndaşı 1 manata görə girov saxladılar Gömrük Komitəsinin dayanacağında soyğunçuluq- vətəndaşı 1 manata görə girov saxladılar

Gömrük Komitəsinin dayanacağında soyğunçuluq- vətəndaşı 1 manata görə girov saxladılar
 Dövlət Gömrük Komitəsinin avtodayanacağında baş verən soyğunçuluq videosu yayılıb. Vətəndaş Niyaz Vəliyev komitənin avtodayanacağına şəxsi nəqliyyat vasitəsi ilə daxil olub.
10 dəqiqə sonra oranı tərk edərkən ondan 1 manat dayanacaq haqqı tələb edilib. Vətəndaş çek tələb etsə də, nəzarətçi çek verməkdən imtina edib. Nəzarətçi çek verməyərək "get kimə istəyirsən de" söyləyib. Vətəndaş isə qanunsuzluq haqda komitə sədrinə şikayət edəcəyini deyib. Bunun qarşılığında nəzarətçi "pul yığımından komitə sədrinin xəbəri var, idarə üçün yığılır" deməklə nəqliyyat vasitəsini 1 saata yaxın girov saxlayıb.
DGK avtodayanacağındakı rəzalətlə bağlı qurum rəsmilərini də dinləməyə hazırıq.

Xəbər lenti