“Getdim ki, uşaq yoxdur” - Aysunun atası “Getdim ki, uşaq yoxdur” - Aysunun atası

“Getdim ki, uşaq yoxdur” - Aysunun atası
 "Vallah, bilmirəm nə deyəm. İşdə idim. Traktor sürürdüm, səsi eşidəndə gördüm ki, tüstü biz tərəfdən çıxır. Getdim ki, uşaq yoxdur". Bu sözləri "Haber Global"a ermənilərin Bərdənin Qarayusifli kəndinə raket atması nəticəsində həlak olan 8 yaşlı Aysu İsgəndərovanın atası Rövşən İsgəndərov deyib.
"İkinci sinifə gedirdi. Getdim ki, uşağın daxili orqanları çölə dağılıb. Əlimlə yığıb apardım", - deyən ata göz yaşlarına hakim ola bilməyib.

Xəbər lenti