Konsert dəhşəti: 27 ölü, 150 yaralı - FOTO

Konsert dəhşəti: 27 ölü, 150 yaralı - FOTO
Загрузка...

Rumıniyanın paytaxtı Buxarestdəki "Colectiv" gecə klubunda faciə yaşanıb. "Goodbye to Gravity" rok-qrupunun pulsuz konserti zamanı partlayış baş verib. Milli.Az BNO News-a istinadən bildirir ki, partlayış anında klubda 400 nəfər vardı. İlkin məlumatlara görə, partlayışın səbəbi pirotexnikadır. Konsert zamanı feyerverklərdən istifadə olunub. 

Fişənglərdən biri tavana dəyib və elektrik texnikasını yandırıb. Nəticədə partlayış, yanğın baş verib. Klubdakılar təlaşla qaçmağa başlayıblar, basabas yaranıb. Çoxları ayaq altında qalıb, basabasda boğulub.  Hadisə yerinə onlarla təcili yardım avtomobilləri yollanıb. Klubda 27 nəfərin həlak olduğunu Rumıniyanın baş naziri Qabriel Oprea təsdiqləyib.

 Daxili işlər naziririnin müavini Raid Arafatın dediyinə görə, ölənlərin sayı arta bilər. Yaralıların əksəriyyəti 18-25 yaşlı gənclərdir və onların vəziyyəti ağırdır. Yanıq travmalarının həddi 70-80 faizdir. Onların durumu stabil ağırdır. Rumıniya prezidenti Klaus Yohannis həlak olanların ailələrinə başsağlığı verib.

Criminal.az

KonsertKonsertKonsertKonsert
Загрузка...
Загрузка...

Xəbər lenti