Generalların ifadəsi yayıldı: "Çevrilişin səbəbkarı..."

Generalların ifadəsi yayıldı:

Türkiyədə iyulun 15-də baş verən hərbi çevrilişə cəhdə görə tutulan generallardan 4-ünün ifadəsi üzə çıxıb. Criminal.az saytı axar.az-a istinadən bildirir ki, Türkiyə Quru Qoşunlarının generalı Əhməd Bircan ifadəsində vətəndaşların küçələrə çıxmasını və FETÖ-çular arasında birliyin olmadığını gördükdən sonra təslim olduğunu bildirib.

Dəniz Qüvvələri Komandanlığının Kəşfiyyat Dairə başqanı Murad Şirzai hadisənin səbəbkarı kimi Fətullah Güləni göstərib. O, Fətullah Gülən tərəfdarı olmadığını da sözlərinə əlavə edib. Dəniz Qüvvələri komandiri Hasan Kılıçın fikrincə, hərbi çevriliş ordu generalı Akın Öztürk və onun dəstəsi tərəfindən həyata keçirilib. O, bu qrupla heç bir əlaqəsinin olmadığını da deyib. Hava Qüvvələri Komandanlığının generalı Rəcəb Sami Özatak da hadisələrdə Fətullah Gülənin əli olduğuna şübhə etmədiyini açıqlayıb.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, onun qarşısı alınıb. Hadisədən sonra ölkədə 118 general və admiral saxlanılıb, onlardan 99-u həbs edilib. 

Criminal.az

Xəbər lenti