Generalları generallar əvəzlədi

Generalları generallar əvəzlədi
Загрузка...
 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvləri dəyişdirilib. Criminal.az-ın xəbərinə görə, Prezident İlham Əliyev "2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamına dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla komissiyada Ramil Usubovun adı Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin adı isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ilə əvəz edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti