Generalın qardaşı Kürdəxanıya aparılıb

Generalın qardaşı Kürdəxanıya aparılıb
Загрузка...
Bugünlərdə Azinforum.az Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun Bakı şəhərində həbs edildiyinə dair məlumat vermişdi.
Hazırda həbsdə saxlanılan Əvəz Əhmədov Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olub. Əldə etdiyimiz dəqiq məlumata görə, sabiq nazirin qardaşına Cinayət Məcəlləsinin iki maddəsi – 182 (hədə qorxu ilə tələb etmə) və 145 (qanunsuz azadlıqdan məhrum etmə) ilə rəsmi ittiham elan olunub və o, hazırda Kürdəxanıdakı 1 sayı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Bildirilir ki, Əvəz Əhmədov əvvəllər iş birliyində olduğu hansısa bir iş adamının şikayəti əsasında həbs edilib.
Qeyd edək ki, bir müddət əvvəl, onunla bir türk iş adamı arasında olan narazılıqla bağlı mediada məlumatlar dərc edilmişdi. Şikayətin həmin əcnəbi iş adamı tərəfindən verilib-verilmədiyi barədə hələ ki, nəsə məlum deyil.
Məlumatla bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışacayıq.
Загрузка...
Загрузка...

Xəbər lenti