Generalın polkovnik olan qardaşı oğluna hökm oxundu - Əli Kərimlinin obyektini dağıdıb, Qənimət Zahidin qoluna qandal vurub

Generalın polkovnik olan qardaşı oğluna hökm oxundu - Əli Kərimlinin obyektini dağıdıb, Qənimət Zahidin qoluna qandal vurub
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən - Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və sabiq müstəntiq Misir Əhmədovun məhkəməsi keçirilib. Criminal.az xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə V.Poladov 8600 manat cərimə və 2 il vəkillikdən məhrum edilib.
V.Poladov bir neçə ay əvvəl Baş Prokurorluğa göndərdiyi məktubun rüşvət verilməsində iştirak etdiyini etiraf edib, bu haqda ətraflı məlumat verib. Məhkəmədə isə həmin məktubun sübutlar sıyahısından çıxarılmasını istəyib. Bu ilin mayında məhkəmə qərarıyla axtarışa verilən V.Poladov məhkəmədə deyib ki, heç vaxt gizlənməyib: "Müstəntiq yerimi bilirdi. Bir neçə ay Gürcüstanda, sonra isə Norveçdə yaşayandan sonra Azərbaycana qayıtdım”.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin baş məsləhətçisi olmuş Vüqar Poladov İctimai Televiziyada yayımlanan "İcra məmuru” rubrikasının daimi ekspertlərindən olub, ədliyyə polkovnik-leytenantıdır. V.Poladovun əməsi Namiq Poladov əvvəllər Müdafiə Nazirliyi(MN) Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi olub. General-mayor Namiq Poladov hazırda həmin nazirliyin İnspeksiya İdarəsinin rəisidir. 
V.Poladov bir müddət əvvəl Criminal.az-a müsahibəsində AXCP sədri Əli Kərimlinin ofisini dağıtdığını, Qənimət Zahid və Eynulla Fətullayevi qandalladığını demişdi: "Qənimət Zahidi və Eynulla Fətullayevi də mən tutmuşam. Onların qoluna qandalı da mən vurmuşam. Qənimətin qoluna qandalı Yasamal rayon Məhkəməsində vurmuşam. Nazir müavini dedi qandalla, mən də etdim/ Həm keçmiş Azadlıq qəzetinin binası, həm də partlayan ofis. Hamısı mənim törətdiyim əməllərdir. Ofisdən başqa Əli Kərimlinin yeganə qazanc yeri olan Həsən Əliyev küçəsində yerləşən qarajları obyekt etmişdi. Əllərində dayandırma qərarı ola-ola saldım ekskavatorun altına, halbuki cəbhəçi deputatlar durmuşdur maşının qabağında, onların qolunu burub çıxartdım. Əli Kərimlinin Həsən Əliyev küçəsində qəşəng bir obyekti var idi. Moyka, təmir yağdəyişmə. Qanuni çıxarışı var idi. Nəsimi rayon məhkəməsi qətnamə yox, adi qərardad çıxarmışdı ki, iddiaya mahiyyəti üzrə baxılanadək fəaliyyəti dayandırılsın. Məndə o dayandırmanı müxalifətin düşməni olmaqla özüm istədiyim kimi başa düşüb sökdüm oranı. Hətta o vaxt deputat Qulamhüseyn Əlibəyli gəldi, həmin qərardadın Apellyasiyanın qərarı ilə ləğv olunduğu barədə qərar göstərdi. Dedim bu qərar hələ girməlidir dəftərxanaya, qeydiyyatdan keçməlidir, sabah gəlməlidir. Mən isə bu gün buranı uçuracam. Orada Əlinin əmisi oğlu İnqilab da iştirak edirdi. İndi həmin yerdə artıq çoxmərtəbəli bina var. O vaxt isə heç bina söhbəti getmirdi".
Загрузка...
Загрузка...

Xəbər lenti