Generalın hərbiçi bacısı oğlunun şikayətini Müdafiə Nazirliyi ölümündən sonra təkzib etdi

Generalın hərbiçi bacısı oğlunun şikayətini Müdafiə Nazirliyi ölümündən sonra təkzib etdi
Загрузка...
Müdafiə Nazirliyi Azərbaycan ordusunun təqaüddə olan zabiti, mayor Ceyhun Salmanovun vaxtsız ölümünə münasibət bildirib. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisi tibb xidməti polkovniki Firudin Nəbiyev Criminal.az saytına mərhum zabitin sağlığında səsləndirdiyi ittihamları ölümnüdən sonra təkzib edib:
"Mərhum istefada olan mayor Ceyhun Salmanovla bağlı bəzi elektron KİV-də yayılan yazılara cavab olaraq bildiririk ki, 2018-ci ilin mart ayında Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunarkən onda "sağtərəfli qalça-qasıq limfoadenopatiyası” aşkar edilib. Bu səbəbdən C.Salmanovun limfa düyünlərindən biopsiya götürülərək müayinə olunub. Onda "ilkin mənbəyi məlum olmayan hər iki qalça-qasıq limfa düyünlərinin xərçəng metastazları” aşkar olunduğuna görə, o, 2018-ci ilin iyul ayında Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 157-ci maddəsinin "b” bəndinə əsasən "xəstəliyə görə” ordu sıralarından istefaya buraxılıb. 

İstefaya göndərildikdən sonra C.Salmanovun səhhətində yaranmış problemlə bağlı Müdafiə Nazirliyinə edilən müraciətləri nəzərə alınaraq, o, nazirliyin hesabına 2019-cu ilin iyun ayında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. C.Salmanov orada keçən ilin dekabr ayının 13-dək 8 kurs kimyəvi terapiya alıb. Türkiyədən qayıtdıqdan sonra C.Salmanov müalicəsi ilə əlaqədar yenidən Müdafiə Nazirliyinə müraciət edib.
Cari ilin fevral ayının 29-dan martın 6-dək o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Onkologiya bölməsində müalicəsini davam etdirib. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq C.Salmanov martın 6-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi C.Salmanovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”.  

Xatırladaq ki, C.Salmanov ötən ilin aprelində Criminal.az vasitəsilə Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edərək kömək istəmişdi. Bildirmişdi ki, ayağı tam şişib, yerimə qabliyyətini itirib. Müdaxilə olmazsa, bir müddət sonra yerişini tam itirəcəyini demişdi. Nazirliyin Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyi üçün sənədlərini hazırlasa da, buna müvəffəq ola bilməmişdi. Dəfələrlə müdafiə naziri Zakir Həsənovun qəbuluna düşmək istəmişdi, cəhdi baş tutmadığından ailəsinin və yaxınlarının köməkliyi ilə Gülhanə Hospitalına getmişdi. Lakin orada da müalicəsi uğursuz olan zabit ötən gün dünyasını dəyişdi.
C.Salmanovun son müsahibəsindən sitat: "Bu gün qonşularım pul yığınb mənim müalicəmə vermək istəyir. Mən 23 il xidmət etdim ki, belə aciz duruma düşüm? Axı mən vətənimə sədaqətlə xidmət etmişəm. Medallarımın sayı-hesabı yoxdur. Dövlətimin müdafiəsində yaralanmışam. Prezident sinəmə "İgidliyə görə” medalı asıb. Başqa nə etməliyəm dövlətimə bundan artıq? 8 medalım var. Bəlkə generallarda bu qədər medal yoxdur. Son xidmət yerim Heydər Əliyev adına Ali Hərbi Məktəb olub. Qanunda da var ki, 20 ildən çox xidmət etmişəmsə, rütbəm mayor və ondan yuxarıdırsa tibbi təminat hüquna malikəm. Cənab Zakir Həsənova da müraciət etmişəm. Dedilər gözlə səni Gülhanəyə göndərəcəyik. Az yala bir ildir gözləyirəm ki, nə vaxt ölürəm. Niyə sözüm prezidentə, nazirə çatmır. Bunu kim gizlədir? Mən ölüb getdim, bəs məndən sonra gələn hərbiçilər? Qarda-boranda erməni ilə döyüşdüm ki, belə aciz duruma düşüm? Bəlkə ayağım elə ondan şişib”.
C.Salmanov məşhur polis general-mayoru Ərzuman Əliyevin bacısı oğludur. Ə.Əliyev bir neçə il əvvəl təqaüdə çıxıb.

Xəbər lenti