Generalın 68 evdən ibarət yaşayış kompleksi üzə çıxdı Generalın 68 evdən ibarət yaşayış kompleksi üzə çıxdı

Generalın 68 evdən ibarət yaşayış kompleksi üzə çıxdı
Загрузка...
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Çexiyada 68 evdən ibarət yaşayış kompleksi üzə çıxıb. Criminal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Çexiyanın Brno şəhərinin Holasice qəsəbəsində yerləşən kompleksin tikintisini Vəzir Həsənovun "HASANSONS" şirkəti həyata keçirib. Bu şirkət də Çexiyada fəaliyyət göstərir.
Məlumatda qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev də kompleksə şərikdir. Bundan başqa, Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət başqa yaşayış kompleksi və kompleksə aid 300 kvadratmetrlik restoranı və 800 kvadratmetrlik ticarət mərkəzi də var. 
















Загрузка...
Загрузка...

Xəbər lenti