General oğlu: "Əgər xalqa və dövlətə şərəflə xidmət edəcəyinə and içmiş polis ağsaqqalı başıaşağa aparırsa..." General oğlu:

General oğlu:
Загрузка...
Məşhur generalın oğlu 19 oktyabrda keçirilən aksiyada polislərin insanlara qarşı hərəkətini tənqid edib. Daxili işlər nazirinin sabiq müavini, mərhum general Zahid Dünmalayevin oğlu Vəli Dünyamalıyev bu haqda status yazıb:

"Son günlərdə baş verənlər məni bir müsəlman kimi çox narahat etdi. Nümayişə çıxmış insanların həbsi ilə bağlı bəzi videolara baxdıqca anladım ki, xalq və millət olaraq demək olar ki, bütün dəyərləri itirmişik. Əgər xalqa və dövlətə şərəflə xidmət edəcəyinə and içmiş bir polis ağsaqqalı başıaşağa götürüb aparırsa, bu artıq bütün dəyərlərin itirildiyi bir nöqtədir. Mən bunu "Polisin şərəf və ləyaqətinə" ləkə gətirən hərəkət kimi hesab edirəm. Mən bu yazımla müxalif qüvvələrə bəraət qazandırmıram, Allaha çox şükür məni tanıyanlar hansı əqidədə olduğumu çox yaxşı bilirlər.
 
 Vəli Dünyamalıyev
Mən tək əqidəli insanam. Mənim əqidəm - Allaha xidmət etməkdir. Onun buyurduqlarını - haqqı, ədaləti, düzgnlüyü, şərəfi və vicdanı bacardığım qədər yaymaqdır. Necə səslənəcəyindən asılı olmayaraq Allahın buyurduqlarını deməkdir. Mənim üçün müxalifət, yaxud iqtidar deyilən bir anlayış yoxdur. Mənim üçün ədalət, düzgünlük, şərəf, vicdan, insan haqqı - bu cür dəyərlər vardır.
Mənim üçün bu gün xaricdən maliyyələşən müxalif qüvvələrlə, dövlətin büdcəsindən oğurluq edənlərin arasında heç bir fərq yoxdur. Hər ikisi bu dünya üçün, pul və var-dövlət üçün hər şeyi satmağa hazır duran şeytanın əsgəridir. Bu neçə illərdə gördüyüm bu oldu - kimi bir yerə vəzifəyə təyin etdilərsə düşüncəsi belə oldu: "3-5 il vaxtım var, nə qədər ki, imkan var özümə gün ağlayım". Özümə gün ağlayım demək - "yeyim bu dövlətin malını, dağıdım büdcəni, çöküm xalqın boğazına, aparım balama haramı yedirim" deməkdir.
Əziz insanlar! Hər kəsin həyatda bir yolu olar, o yolu da insan tutar gedər. Dərd burasıdır ki, bizim "YOL"umuz yoxdur. Bütün dəyərlərimiz pul üzrində qurulub. Demək olar ki, böyük qism insanlar "PUL"un qarşısında dizini qoyub yerə. Dövlətə və xalqa şərəflə xidmət edəcəyinə and içənlər, sonra pula görə şərəfini satır. Çoxlarının düşündüyü bir şey var, o da "PUL", vəssalam. Uca Allah Quranda, Ənfal surəsində belə buyurur: "bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir." Kaş insanlar anlaya bilərdi ki, ruzini verən Allahdır. Səxavətli Allah hər kəsə Özü bildiyi kimi lütf edir. Kiminsə əlindən almağa çalışmağa gərək yoxdur. Azərbaycanda bu gün gördüyüm vəziyyət ancaq xalq Allahı tanıdığı və qanunları ilə birlikdə qəbul etdiyi gün düzəlməyə doğru gedəcək. Başqa heç bir çıxış yolu yoxdur bu gün düşdüyümüz bəladan".
Xatırladaq ki, Z.Dünyamalıyev uzun müddət (1993-2005) sabiq daxili işlər naziri Ramil Usubovun müavini olub. General-leytenant Hacı Məmmədovun cinayətləri aşkara çıxandan sonra tutduğu vəzifədən azad edilib.



Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər