General müşavirədə 5 rəisi işdən çıxardı

General müşavirədə 5 rəisi işdən çıxardı
Загрузка...
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, xidmət rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə aprel çağırışının yekunlarına, Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib.
Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.
Загрузка...
Загрузка...

Xəbər lenti