General köməkçisinin əri məşhur idmançının oğlunu öldürdü General köməkçisinin əri məşhur idmançının oğlunu öldürdü

General köməkçisinin əri məşhur idmançının oğlunu öldürdü
Загрузка...
Gəncə şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum general mayor Rasim Musayevin köməkçisi Gülnar Muradovanın həyat yoldaşı ağır cinayət törədib. G.Muradovanın Criminal.az saytına verdiyi məlumata görə, həyat yoldaşı Emil Məmmədov işlətdiyi "Miraj" çay evinin altında yerləşən avtoyuma məntəqəsində müştəri Elnur Alıyevi bıçaqla qətlə yetirib.
G.Muradovanın sözlərunə görə, avtomobilini yuyulmağa verən E.Alıyev işin sonunda ödəniş etmək istəməyib. Bu zaman məsələyə Emil müdaxilə edib. Bıçaqla Emilə hücum edən Elnur hətta onu yaralayıb. Emil bıçağı ondan alaraq ürəyinə zərbə vurub.
Ölən şəxs Gəncədə tanınmış kikboksinq üzrə məşqçi, dəfələrlı çempion olmuş İlqar Alıyevin oğludur.
Qətli törədən E.Məmmədovun həyat yoldaşı Gülnar Muradovanın adı isə Criminal.az saytının baş redaktoru Anar Məmmədovun cinayət işində keçirdi. Gəncədə "Xallı Gülü" kimi tanınan G.Muradova Bakı Şəhər Prokurorluğuna çağırılıraq A.Məmmədova qarşı ifadə alınmışdı. G.Muradova sonradan məhkəmədə baş redaktora qarşı şikayətinin olmadığını, ona qarşı ifadəni Gəncənin keçmiş polis rəisi Faiq Şabanovun təzyiqi ilə verdiyini dedi.
Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.





Загрузка...
Загрузка...

Xəbər lenti