Gəncin göldən meyidi tapıldı - Yaxınları onun qəsdlə öldürüldüyünü iddia edir - (VİDEO)

Gəncin göldən meyidi tapıldı - Yaxınları onun qəsdlə öldürüldüyünü iddia edir - (VİDEO)
Загрузка...

 "Necə olub ki, 2 gün onun ciyərinə su yığılmayıb?" Hadisə 2 gün əvvəl Qaradağ rayonu Lökbatan dairəsi yaxinliğinda yerləşən göldə baş verib. Kənan Muradov 3 dostu ilə birgə taxtadan düzəldilən qayıqla baliq ovuna çıxıb. Qayığın çevrilməsi nəticəsində onlar suya düşüb. Bu zaman Kənan Muradov batıb, dostları isə xilas olub. Hadisədə Kənanin dostlarini günhalandiran ailə üzvləri onun qəsdən öldürüldüyünü iddia edir.

Babək Mirzəzadə - "Bir az qarmaqarışıq məsələdir bu. Deyirlər ki, bunlar suda olublar, hava çönüb, lotka aşıb, bunlar çıxıblar, Kənan batıb. Məncə bu, quruda baş verən bir şeydir. Necə olub ki, 2 gün bunun ciyərinə su yığılmayıb, bədəni şişməyib?" Qaradağ rayon polis idarəsinin 10 cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanan Kənanin dostlari bildiriblər ki, onlar göldən baliq tutmaq istəyərkən hava küləkli olub və hadisə anidən baş verib.

Xatırladaq ki, Fövqəladə hallar nazirliyinin dövlət sulardan xilasetmə və xüsusi riskli xilasetmə xidmətinin əməkdaşlari bu səhər meyidi taparaq sudan çıxarıblar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və potoloji anotomiya birliyinin qaradağ rayon şöbəsinə göndərilib. Meyitə baxış keçirən tibbi ekspertlər heç bir zorakılıq əlamətləri aşkar etməyiblər. Faktla bağlı araşdırmalar davam edir. (Region TV)

Xəbər lenti