"Gəncəyə hücumun planlı olması onu beynəlxalq cinayətə çevirir"

"Gəncəyə son hücumlar, təəssüf ki, təəccüb doğurmur. Ermənilər belə planlarını heç zaman gizlətməyiblər. Hücumun planlı olması onu beynəlxalq cinayətə çevirir". Bu fikirlər millət vəkili ELkin Qədirliyə məxsusdur.
O bildirib ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin iştirakçısı olmadığına görə, biz oraya müraciət edə bilmir: "Eyni səbəbdən də BCM İttihamçısı bizim ərazidə törədilən cinayətlərlə bağlı araşdırmaya başlaya bilməz. Amma BMT Təhlükəsizlik Şurası BCM Nizamnaməsinin iştirakçısı olmayan dövlətlərin ərazisində törədilən cinayətlərlə bağlı durumu BCM-yə yönəldə bilər.Bu halda bizim iştirakçı dövlət olmamağımız BCM İttihamçısına mane olmayacaq. BMT TŞ-yə müracət etməliyik, oradakı dövlətlərin biri vasitəsilə, bu Estoniya ola bilər, ya da başqası, məsələni gündəliyə yazdırmağa çalışmalıyıq. BMT TŞ-nin bununla bağlı istədiyimiz qərarı verəcəyi ehtimalı aşağı olsa da, biz bu imkanı sınamalıyıq. Qoy imtina etsinlər. "Yox" da cavabdır, onu danışıqlarda əlavə arqument kimi istifadə edə bilərik. Yəni biz çalışdıq, siz qoymadınız".
Millət vəkili qeyd edir ki, kontekstual fərqləri nəzərə almaqla, Avropa İnsan Haqları Məhkəməsinə dövlətlərarası şikayət də vermək olar.

Xəbər lenti