Gəncəyə SCUD raketləri atılıb

Gəncəyə SCUD raketləri atılıb
"ANAMA-ya görə, Gəncəyə atılan raketlər SCUD / Elbrus Əməliyyat-Taktik Balistik raketləridir". Criminal.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Twitterdə yazıb. Onun sözlərinə görə, hadisə zonasından çıxan fraqmentlər bunu sübut edir.
Mesajda deyilir: "ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKUD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı SKUD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.

Xəbər lenti