Gəncəlilərin PA qarşısında növbəti etiraz aksiyası - "Prezidentimiz görmür ki, biz analar zülm çəkirik?" Gəncəlilərin PA qarşısında növbəti etiraz aksiyası -

Gəncəlilərin PA qarşısında növbəti etiraz aksiyası -
Загрузка...
2018-ci il Gəncə hadisələri ilə bağlı həbs edilmiş şəxslərin valideynləri bu gün Prezident Administrasiyası qarşısında növbəti etiraz aksiyası keçiriblər. Onlarla qadın yürüş edərək, "təqsirsiz olan və saxta ittihamlarla həbs edilən" övladlarının azad edilməsi tələbi səsləndirib.
"Nədir bunların günahı? Sübut olmadan bu maddələri uşaqlarımıza yükləyiblər. Biz buna dözə bilmirik. Bizim prezidentimiz görmür ki, biz analar zülm çəkirik? Dərdimizi kimə deyək? Bir il iki aydır bizim balalarımız içəridə yatıb. Bizi Azərbaycandan rədd edin, çıxaq gedək!", deyə etirazçılardan biri bildirib.
Polis əməkdaşları aksiyanı işıqlandıran jurnalistlərdən çəkilişi dayandırmağı tələb ediblər. Daha sonra Prezident Administrasiyasının əməkdaşları valideynləri binaya dəvət ediblər. Həbs edilən şəxslərin valideynləri müntəzəm olaraq Bakıda və Gəncədə bu cür aksiyalar keçirirlər, bunun sayəsində bir neçə məhkumun azadlıqdan məhrumetmə müddəti azaldılıb.
*
2018-ci il iyulun 3-də Gəncədə o vaxtki dövlət başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov şəhər icra başçısını və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar olduğu, iki polis əməkdaşının qətlə yetirildiyi barədə məlumat yayıb.
Bunun ardınca dindarlar və digər şəxslər arasında həbslər başlayıb. 2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib. 10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi işin beş fiqurantını azad edib və iyirmi məhbusun həbs müddəti azaldılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti