Gəncədə qətl

Gəncədə qətl
Загрузка...

Gəncə şəhərində qətllə nəticələnən dava baş verib. 

"Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin şərq girişində, Nizami Gəncəvi prospektində olub. 

Dava zamanı, Gədəbəy sakini, Gəncədə qayınatasıgildə yaşayan 1987-ci il təvəllüdlü Katibli Elvin Vidadi oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. 

***

1987-ci il təvəllüdlü Katibli Elvin Vidadi oğlunu qətlə yetirməkdə şübhəli bilininən Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Azər Nağıyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Загрузка...
Загрузка...

Xəbər lenti