Gəncədə etiraz aksiyası Gəncədə etiraz aksiyası

Gəncədə etiraz aksiyası
Загрузка...
Dünən Gəncədə şəhər icra hakimiyyəti qarşısında "Gəncə işi” üzrə həbs edilənlərin valideynlərinin etiraz aksiyası keçirilib. Valideynlər qanunsuz əməl törətməyən, istintaqda işgəncələrə məruz qalan övladlarının qanunsuz həbsinə etiraz ediblər. Yerli rəhbərlikdən heç kim etirazçıların qarşısına çıxmayıb.
"Bizə deyiblər ki, şəhər icra başçısı ezamiyyətdədir. Binada ondan başqa çox sayda məmur var, amma heç kim bizi dinləmək üçün çıxmayıb. Bu ədalətsizliyə nə qədər dözmək olar, niyə övladlarımızı təqsirsiz yerə həbsxanalarda saxlayırlar?”, deyə aksiya iştirakçılarından biri bildirib.
Valideynlər oğulları azad edilənə qədər etirazları davam etdirmək niyyətindədirlər.
*
2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi tapança ilə silahlanmış Yunis Səfərovun hücumuna məruz qalıb. Hər ikisi sağ qalıb, hücum terror aktı kimi qiymətləndirilib. Hüquq-mühafizə orqanları baş verənləri Azərbaycanda islam dövləti yaradılması məqsədilə hakimiyyəti ələ keçirmək cəhdi kimi qiymətləndirməyə tələsiblər. Bundan qısa müddət sonra sosial şəbəkələrdə iyulun 10-da Səfərovu müdafiə etmək üçün mitinqə çıxmaq çağırışları yayılıb. Mitinqin dağıdılması zamanı etirazçılar iki polis zabitini öldürüb.
Daha sonra dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılıb. 2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvünün cinayət məsuliyyətinə cəlb edildiyini, 11 nəfər barəsində beynəlxalq axtarış elan edildiyini bildirib. 10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşdırılıb və işlər məhkəmələrə göndərilib.
Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib. Sonradan apellyasiya məhkəməsi işin 6 fiqurantını azad edib. Daha dörd nəfər birinci instansiya məhkəməsi tərəfindən azad edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti