Gəncədə 30 yaşlı kişi güllələnərək öldürüldü

Gəncədə 30 yaşlı kişi güllələnərək öldürüldü
Загрузка...
 Gəncədə qətl hadisəsi törədilib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Kərimov Zeynalabdin Bəndər oğlu odlu silahla açılan atəş nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən şəxs Gəncə sakini, 1952-ci il təvəllüdlü Akif İsrafilovdur. Hadisənin torpaq üstündə yaranan mübahisə zəminində törədildiyi bildirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Загрузка...
Загрузка...

Xəbər lenti