Gəncə məhbuslarının valideynləri Mirşahin Ağayevi məhkəməyə verir

Gəncə məhbuslarının valideynləri Mirşahin Ağayevi məhkəməyə verir
Загрузка...
 ''Peşəkar jurnalist bilməlidir ki, konstitusiyada, qanunlarda təqsirsizlik prezumpsiyası deyilən anlayış var''
Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən bir qrupunun valideyni "Real TV"nin rəhbəri Mirşahin Ağayevi məhkəməyə verəcəyini bildirir. Bu barədə Meydan TV-yə Elmir Hüseynzadənin anası Sevinc Hüseynova məlumat verib.
"Bizim övladlarımız haqqında nəinki qanuni qüvvəyə minmiş hökm, ümumiyyətlə, hökm yoxdur hələ. Kim ixtiyar verib ki, onlar terrorçu kimi təqdim olunsun? Peşəkar jurnalist bilməlidir ki, konstitusiyada, qanunlarda təqsirsizlik prezumpsiyası deyilən anlayış var. İkincisi, ümumiləşdirmə yolverilməzdir", - deyə S.Hüseynova bildirib.
Onun sözlərinə görə, iddia ərizəsinin hazırlanması üçün artıq vəkilə müraciət ediblər. "Real TV"də yayımlanan "Mirşahinin vaxtı” proqramında Gəncə hadisələri təhlil olunarkən orada baş verənlərin xüsusi hazırlanmış terror aktı olduğu bildirilib. Valideynlər isə övladlarının terrorçu kimi təqdim olunmasına etiraz edir.
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəsini həyata keçirən Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları da olayı terror aktı kimi qiymətləndirib.
İddia olunur ki, Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə İcra Hakimiyyətinin binası qarşısında keçirilən aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər. Onları qətlə yetirən Rəşad Böyükkişiyevin özü də bir gün sonra öldürülüb. Gəncə hadisələri ilə əlaqədar 80-ə qədər adam həbs olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti