Gəncə hadisələrinə görə həbs olunanlardan bir nəfər də məhkəmə zalından buraxıldı Gəncə hadisələrinə görə həbs olunanlardan bir nəfər də məhkəmə zalından buraxıldı

Gəncə hadisələrinə görə həbs olunanlardan bir nəfər də məhkəmə zalından buraxıldı
Загрузка...
 "Terrorçu biz deyilik, bizə, bu xalqa zülm edənlərdir...”
Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən ibarət altı nəfərlik qrupun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsində altı nəfərdən biri – Nemət Heydərli azadlığa buraxılıb. Digər beş nəfərin - Elman Rüstəmov, Nemət Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar Xudiyev və Renat Məmmədovun cəzası isə yüngülləşdirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Elman Rüstəmovla, Nemət Heydərliyə 8, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xudiyevə 7, Renat Məmmədova isə 6 il cəza verilmişdi. Apelyasiya məhkəməsi isə N.Heydərlinin cəzasını 1 ilə endirib və bu müddət artıq başa çatdığına görə o, azadlığa buraxılıb. E.Rüstəmova 5 il, E.Allahverdiyevə 4 il, V.Xudiyevə 3 il, E.Nəzərov və R.Məmmədova isə 2 il 6 ay cəza təyin edilib.
Avqustun 30-da keçirilən məhkəmədə qərardan əvvəl prokuror çıxış edərkən o da cəzaların azaldılmasını, ittiham maddələrinin yüngülləşdirilməsini istəyib. Dövlət ittihamçısı Ceyhun Əliyev təqsirləndirilən şəxslərdən E.Rüstəmova 6 il, E.Allahverdiyevə 5 il, E.Nəzərov, V.Xudiyev və R.Məmmədova 4 il, N.Heydərova isə 3 il cəza verilməsini təklif edib.
Prokuror N.Heydərova münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsinin tətbiq olunub, ona daha yüngül cəza verilməsini istəyib. Təqsirləndirilən şəxslər isə bu çıxışla razılaşmayaraq bildiriblər ki, heç bir cinayət törətməyiblər və hamısı da azadlığa buraxılmalıdır.
"Bizim günahımız odur ki, dövlətimizi sevirik. Vəssalam. Sabah müharibə başlasa, torpaqlarımız uğrunda gedib döyüşəsi adamlar bizik. Bizi şərləyən, işgəncə verənlər yox. Günahımız varsa, ortaya sübut qoysunlar, onda cəzamı çəkməyə hazıram. Heç bir sübut yoxdur ortada. Belə insafsızlıq, belə qansızlıq olmaz axı”, - deyə V.Xudiyev bildirib. E.Nəzərov çıxışında işgəncəyə məruz qalmasından, ac-susuz saxlanmasından danışıb. 

Bildirib ki, onlara "terrorçu” damğası yapışdırmaq istəyənlərin özlərinin etdikləri terrordur: "Mən xalqıma, Azərbaycanıma görə həmişə haqqı demişəm, bundan sonra da deyəcəm. Mən danmıram ki, aksiyada iştirak etmək istəyim olub. Səbəb də Elmar Vəliyevin xalqa etdiyi zülmə etiraz etmək olub. Amma iştirak etməmişəm. Bizə "terrorçu” adı qoyublar. Terrorçu biz deyilik, xalqa, bizə zülm verənlər, müstəntiq Orxan Babayevdi. Bizə 9 gün olmazın işgəncə veriblər. İşgəncələr bir yana, su, yemək də verməyiblər. Əsl terrorçular adamlara elə zülm eləyib, Azərbaycanı Suriyaya çevirmək istəyənlərdir. Gör nə vəziyyətdir ki, Mirşahin bizə terrorçu” deyir. Utanmayıb, şəhid qızını (Sevinc Osmanqızı) təhqir edən birisindən bundan artığını gözləməyə də dəyməz. Hazırda müharibə şəraitindəyik. Sabah torpaqlarımız uğrunda müharibə başlasa, sosial şəbəkələrdə qadın ovuna çıxanlar, narkomanlar yox, biz gedib vətəni qoruyacağıq. Məni azad eləsəniz belə, düşünməyin ki, sevinərəm. Nə qədər ki, bu xalqa edilən zülmlər bitməyib sevinmək mümkün deyil”.
Bununla da Gəncə işi üzrə apelyasiya instansiyasında olan işlər yekunlaşıb. Apelyasiya instansiyasında ümumilikdə 6 nəfər azadlığa buraxılıb, qalan şəxslərin də cəzası azaldılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti