Gəncə hadisələrinə görə həbs olunan 3 nəfər aclıq aksiyasına başlayıb

Gəncə hadisələrinə görə həbs olunan 3 nəfər aclıq aksiyasına başlayıb
Загрузка...
 Onlar məhkəmənin qərarına etiraz edirlər
Gəncə hadisələrinə görə həbs olunan və məhkəməsi başa çatan şəxslərdən Səbuhi Rəcəbov, Eyruz Hacıyev və Gülmirzə Nuruzadə mayın 6-dan aclıq aksiyasına başlayıb. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, onlar barələrindəki ədalətsiz məhkəmə hökmünə etiraz edirlər.
"Bu adamlar heç bir günahları olmadığı halda uzunmüddətli həbsə məhkum edildilər. Ortada heç bir sübut-dəlil olmadan. Onlara elə işgəncələr veriblər, sözlə deyiləsi deyil. Məhkəmədə hamısını dedilər. Amma məhkəmə heç birini nəzərə almadı. Məhkəmə də qanunsuzluğu davam etdirdi, günahsız adamlara cəza verdi”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Məhəmməd Bağırovun sədrliyilə çıxarılan hökmə əsasən, Eyruz Hacıyev 8 il, Gülmirzə Nuruzadə və Səbuhi Rəcəbov isə 6 il azadlıqdan məhrum edilib. Onların haqqındakı hökmdən apelyasiya şikayəti verilib.
Yaxınları deyir ki, onlar apelyasiya məhkəməsinin də obyektiv, ədalətli qərar verəcəyinə inanmırlar. Bu səbəbdən də etiraz olaraq, müddətsiz aclığa başlayıblar.
Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazov güllələnib. Ardınca iyulun 10-da Gəncədə iki polis əməkdaşı qətlə yetirilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb, ümumilikdə təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Həbs olunanlardan bir qisminin məhkəməsi başa çatıb, iki qrupun mühakiməsi davam edir. Sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərov və onunla birlikdə ittiham olunanların işi üzrə istintaq isə davam edir.
Загрузка...
Загрузка...

Xəbər lenti