Gəncə hadisələrinə görə həbs edilənlərin yaxınları aksiya keçiriblər

Gəncə hadisələrinə görə həbs edilənlərin yaxınları aksiya keçiriblər
Загрузка...
''Biz susmayacağıq''
Gəncə hadisələrinə görə həbs olunmuş şəxlərin ailə üzvləri aprelin 22-də Gəncə Şəhər İcra Hakimiyyətinin önündə etiraz aksiyası keçirib. Valideynlər uşaqlarının həbsini qanunsuz və saxta adlandıraraq, onların azadlığını tələb ediblər.
Onlar bildiriblər ki, həbs olunanlar işgəncələrə və təhqirlərə məruz qalıblar: "Biz susmayacayıq və səsimizi hər yerə çatdıracayıq”. Polis əməkdaşları aksiya iştirakçılarından ərazini tərk etməyi tələb etdi: "Prokurorluq var, Apellyasiya məhkəməsi var, ora şikayət edin”, - deyərək etirazçıları ərazidən uzaqlaşdırdı.
Aksiya iştirakçıları aksiyanı Gəncə şəhər Nizami rayon Polis İdarəsinin binanısının önündə davam etdirməyə çalışıblar. Onların qarşısına çıxan polis əməkdaşları "aksiyanız qanunsuzdur, ictimai asayışını pozmayın” deyərək, həbs olunmuş şəxslərin valideynləri oradan uzaqlaşdırıblar, əllərindən uşaqlarının şəkillər alınıb. Hadisə zamanı saxlanılan olmayıb.
İyulun 3-də axşam saatlarında Gənc Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub və nəticədə o, yaralanaraq, xəstəxanaya yerləşdirilib. Hadisə yerində, Rusiya vətəndaşı Yunis Səfərov saxlanılıb. İyulun 10-da Gəncədə bir qrup şəxs İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Aksiya zamanı iki polis zabiti öldürülüb. Rəsmi məlumata görə, Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib. Bundan sonra çoxsaylı həbslər həyata keçirilib.
Загрузка...
Загрузка...

Xəbər lenti