Gəncə hadisələri: "Ekspertiza hesab edib ki, yazdığım və istinad etdiyim xəbərlərdə dövlət əleyhinə çağırış var"

Gəncə hadisələri:
Загрузка...

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev barədə yazdığı xəbərlərə görə barəsində cinayət işi qaldırılmış jurnalist Anar Məmmədovun məhkəməsi bu ay başlayır.

Bu barədə BBC News Azərbaycancaya jurnalistin özü məlumat verib.

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O, və mühafizəçisi ağır yaralanıblar. Avqust ayının sonunda ölkə başçısının qərarı ilə Niyazi Bayramov Gəncəyə icra başçısı vəzifəsinə təyin edilib.

Anar Məmmədov criminal.az saytın baş redaktorudur. BBC News Azərbaycanca jurnalistlə üzləşdiyi cinayət ittihamları barədə danışıb. O, Cinayət Məcəlləsinin dövlət əleyhinə təkrar çağırış etmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə ittiham edilir.

Anar bəy, istintaq bitib və cinayət işinin materialları məhkəməyə göndərilib. Məhkəmə işə öz hökmünü verəcək. Bəs istintaq sizə qarşı irəli sürdüyü bu ittihamları nə ilə sübuta yetirir?

- Gəncə hadisələri zamanı mən redaktoru olduğum saytda bununla bağlı yazılar yazdım. Bəziləri digər saytlara istinadəndir, bəziləri də öz məlumatlarım əsasında hazırlanıb. İyul ayında bu yazılarla bağlı istintaqa şahid qismində cəlb edilib dindirildim. Ancaq noyabrın 30-da çağırdılar və iki xəbərə görə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edildim.

Biri "Elmar Vəliyev və Rasim Musayevin kəllələşməsinin pərdə arxası" və digəri Turan informaisya agentliyinin məlumatı əsasında analitik müəllif yazısı idi. Ekspertiza hesab edib ki, bu yazdığım və istinad etdiyim xəbərlərdə dövlət əleyhinə çağırış var. Ancaq mən düşünmürəm ki, burada dövlət əleyhinə çağırış var. O zaman da xəbərləri yayanda məqsədimiz ciddi bir kriminal hadisə ilə bağlı, gündəm olduğu üçün oxucuları xəbərlə təmin etmək olub, başqa bir məqsəd olmayıb.

- Orda yazmışam ki, guya Elmar Vəliyev prokurorluğu , polisi özünə tabe etdirmək istəyib. Turan agentliyinin xəbərinə istinadən yazılan müəllif məqaləsində qeyd etmişəm ki, "hakimiyyət Elmar Vəliyevin əməllərini görmürdü?". Bu məzmunda cümlələrdir, indi tam dəqiq xatırlamıram.

İttihamlara münasibətiniz nədir?

- Bu, mənim jurnalistlik fəaliyyətimlə bağlıdır. Söz və ifadə azadlığına zərbədir. Müstəqil fəaliyyət göstəririk. Sayt hec bir siyasi oyunlarda, media oyunlarında belə yoxdur. Obyektiv olmuşam. Bunu ölkədə məni tanıyan bütün jurnalistlər bilir. Yəqin ki, obyektivliyim kiminsə xoşuna gəlməyib. Siyasi sifarişdi, başqa ad vermək olmaz buna.

Müdafiə taktikanız nədir?

-Vəkilim istintaqın suallarında vəsatətlə çıxış etdi ki, təkrar ekspertiza olsun, amma vəsatət müstəntiq tərəfindən rədd edildi. Eyni zamanda cinayət işinin əsassız olduğuna görə xitam verilməsii ilə vəsatət də rədd edildi. Məhkmədə nə olacaq, bilmirəm. Vəkilimlə hazırlaşarıq.

Загрузка...
Загрузка...

Xəbər lenti