Gənc müəlliməni anası ilə birlikdə öldürən şəxsin məhkəməsi başladı

Gənc müəlliməni anası ilə birlikdə öldürən şəxsin məhkəməsi başladı
Загрузка...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı və qayınanasını öldürməkdə təqsirləndirilən Ramin İsgəndərovun məhkəməsi başlayıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, cinayət işi məhkəmə baxışına qəbul edilib.
Proses noyabrın 29-da davam etdiriləcək.

İttihama görə, R.İsgəndərov xüsusi amansızlıqla həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Ətir Şirinovanı qətlə yetirib. Ə.Şirinova rəsmi sənəddə belə qeyd olunsa da, ailəsi və ətrafı onu "Mahirə” adı ilə tanıyıb. Qətlin baş verdiyi ilk günlərdə mediada bu qadının adı Mahirə kimi qeyd olunub.

Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ağdama, öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

Günay  İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var. Hadisə onun gözləri qarşısında olub, bu barədə polisə də məhz uşaq xəbər verib. Bir il ayrı qalandan sonra barışan cütlük, təzəlikcə yenidən ayrılıbmışlar.

Hadisənin baş verdiyi həyət evini Günay İsgəndərovun atası Hüseyn İsgəndərov tikib. Ailənin maddi problemlərinin həlli üçün onlara hədiyyə edib. Lakin bir müddət orada yaşayan gənc ailə yola getməyib və ayrılıblıar. Qətl günü həmin evə gələn qız və anası orada təmizlik işləri aparmaq istəyib. Bunu bilən Ramin İsmayılov da həmin yerə gəlib və orada münaqişə zəminində qətl baş verib. 

Ramin ayrılıqdan sonra evlə üzbəüz yerləşən qarajda yaşayırmış.

M. İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən N.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb. 

Загрузка...
Загрузка...

Xəbər lenti