Bakı Olimpiya stadionu qarşısında qəza, üç yaralı var - FOTO

Bakı Olimpiya stadionu qarşısında qəza, üç yaralı var - FOTO
Загрузка...

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Criminal.az APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.  

Prospektin hava limanından şəhərin mərkəzinə doğru gedən hissəsində üç avtomobil toqquşub. Prospektlə hərəkətdə olan Müşfiq Əliyevə məxsus "Hyundai" markalı avtomobilə Ramiz Cəbiyevin idarə etdiyi KİA markalı maşın arxadan çırpılıb. Arxadan yüksək sürətlə gələn VAZ-2107 markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və maşını qəzaya uğramış avtomobillərə çırpıb. 

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, 1986-cı il təvəllüdlü Şirinov Qüdrət Fariz oğlu və həmin maşındakı sərnişinlər - 1987-ci il təvəllüdlü Quliyev Emil Məzahir oğlu, 1981-ci il təvəllüdlü Bədəlov Rəşad Əliseyran oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. 

Qəzadan sonra Heydər Əliyev prospektində avtomobil sıxlığı yaranıb.   Qəzaya uğramış avtomobillər təxliyə olunub və Yol-Patrul Xidməti əməkdaşlarının səyi nəticəsində prospektdə avtomobillərin normal hərəkəti tədricən bərpa olunub. Faktla bağlı araşdırma aparılır. 

Criminal.az

BakıBakıBakı
Загрузка...
Загрузка...

Xəbər lenti