“Gəl danışaq, amma Makron kimi 30 metrdən yox” - Zelenskidən Putinə çağırış

“Gəl danışaq, amma Makron kimi 30 metrdən yox” - Zelenskidən Putinə çağırış
 "Məsələ "danışmaq istəyirəm” deyil. Məncə, Putinlə danışmalıyam. Dünya Putinlə danışmalıdır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.
"Bu müharibəni dayandırmaq üçün başqa bir yol... Çünki mən Putinlə danışmağa məcburam. Çox dürüst davranıram. Bütün problemlərin fərqindəyəm. Prezident Putinin dilə gətirdiyi narahatlıqların fərqindəyəm. Məncə, biz danışmalıyıq. Heç bir ön şərt olmadan, kişi kimi danışmağa məcburuq. Ona nə olub, bilmirəm, amma hərəkətlərinə baxanda marağımı çəkən şeylər var. Hər şeyi danışmaq istəyirəm. Belə bir adam ölkəsi üçün böyük insan ola bilər, amma bu nəsil qərar verməz ona. Nə qədər tarixi fiqur olduğuna gələcək nəsillər qərar verər. Bəlkə, məni gələcəkdə xatırlayacaq, amma vacib olan yaxşı xatırlanmaqdır”, - Zelenski qeyd edib.
"Sən bizdən nə istəyirsən? Torpaqlarımızdan çıx. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən sərbəstəm. Otur mənimlə. Dişləmərəm. Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma, biz qonşuyuq. Gəl, mənimlə danış. Biz sənin üçün təhdid deyilik, biz terrorçu deyilik. Normal adamam, mənimlə otur və danış. Nədən qorxursan?", - o əlavə edib.

Xəbər lenti