Gədəbəyin keçmiş icra başçısı məhkəmə qarşısında

Gədəbəyin keçmiş icra başçısı məhkəmə qarşısında
Загрузка...
 Ramiz Yediyarov vəzifə cinayətlərində ittiham olunur
2012-ci ilin aprelindən 2018-ci ilin iyununa qədər Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ramiz Yediyarov yaxın günlərdə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. Bu barədə Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, sabiq icra başçısının barəsindəki cinayət işinin istintaqı tamamlanıb və araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib. R.Yediyarov təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq vaxtı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Sabiq icra başçısının işinə Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov baxacaq. Amma məhkəmənin vaxtı hələlik məlum deyil. Keçmiş icra başçısı vəzifə cinayətlərində ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 222-2.1 (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti işləri aparma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb.
Bu cinayət işində diqqətçəkən məqamlardan biri budur ki, R.Yediyarovun təxminən altı il rəhbərlik etdiyi qurum indi ona qarşıdır. Sabiq icra başçısının işi üzrə zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınıb. 53 yaşlı R.Yediyarov 1997-ci ildən 2012-ci ildə icra başçısı təyin edilənə qədər vergi orqanlarında işləyib. 2010-cu ildə Prezidentin Sərəncamı ilə o, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10-illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti