Gədəbəydə silahlı insident: Ana və oğul güllələnib

Gədəbəydə silahlı insident: Ana və oğul güllələnib
Загрузка...
Hadisədə şübhəli bilinən şəxs saxlanılıb
Gədəbəy rayonunun Arısu kəndi ərazisində avqustun 31-də Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər. Məlumata görə, Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb.
Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb. Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriblər. Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb və araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti