Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA

Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
Sosial şəbəkədəki "Güzgü" səhifəsində jurnalist Zaur Qənbərovun həbsi ilə bağlı sensasion iddia paylaşılıb. Yazılanlara görə, jurnalistin həbsi üçün 40 min manat rüşvət ödənilib. Salam, Hər vaxtınız xeyir. Öncəliklə sizdən xahiş edirəm mənim kimliyimi yazmayın. Çünki Gədəbəydə 250 manatlıq işdə işləyirəm. Aşkar etsələr 250 manatdan məhrum ediləcəm. Sizin 21 noyabr 2020-ci il tarixindəki paylaşımınızı gördüm. O barədə bəzi bildiklərimi yazmaq istəyirəm. Söhbət orda Zaur Qənbərov adlı jurnalistdən gedir. O adamın jurnalist kimi tək mənfi cəhəti o idi ki, ağına-bozuna baxmadan kimə gəldi köməklik edirdi, bir azda lovğa və yekəxana adam idi. Buna baxmayaraq təmiz işləyən idi.
Şəxsi tanışlığımız olmasa da, onun kim olduğunu biləndən sonra kimdənsə rüşvət aldığını və verdiyini eşitməmişəm. Rayon idarə işçiləri dəfələrlə ona pul vermək niyyətində olsa da qəbul etmirdi. Bunu niyə deyirəm sualı yaranar. Özüm işləyən idarədən də yazmışdı. Yazdığını pozmaq üçün pul yığıldı, lakin nə almadı, nə də pozmadı. Əlqərəz. Allah qapısını açsın. Həmin jurnalistin həbs olunmasını Gədəbəydə bir çox idarə rəhbəri istəyirdi. Ən əsasıda rayonun icra başçısı İbrahim Mustafayev. Adam gecə gündüz dayanmırdı. Hansı idarədə nə nöqsan, yeyinti var idisə aşkarlayacaydı. İllərin saxta sənədlərini tapacaqdı.
Ən böyük yazıları da icra başçısından və DSMF Gədəbəyin müdiri Elsun Xudaverdiyevdən yazmışdı. Buna görə onu həbs olunması üçün əllərindən gələni edirdi. Sonda bacardılar. Adam həbs olundu. Junalistin həbsi Elsun müəllimə 40 min manata başa gəldi. Bunu Saratovkada yas yerində olanda Elsun müəllimin atası Cahangir kişidən eşitmişəm. Deyirdi ki, bizim qabağımıza heç kəs çıxa bilməz. Gördünüzmü bir jurnalist bizdən yazdı, 40 min pulumuzu verdik və həbs etdirdik. Artıq onun həbsinin 40 min manata təşkil olunduğunu bütün Gədəbəy bilir.
Həmin pulun 10 min manatı əli təmiz olmayan polisə verilib, yerdə qalan 30 min manatı isə Gədəbəy rayon məhkəməsinin hakimi Maarif Kazımova verilib. Maarif müəllim bir daşla iki quş vurdu. Həm canı jurnalistdən qurtardı, həm də 30 min manat qazandı. Bir faktı qeyd edim. Elsun müəllimin Rövşən Məmmədov adlı bir dostu var. Rövşənin özünün və xanımının saxta pensiyası var idi.
Elsun müəllimin əli ilə düzəltmişdilər. Bir neçə aydır ki, Baş Prokurorluq saxta pensiyalarla bağlı hərəkətə keçib. Həmin hərəkətin içində Rövşən Məmmədov da var. O jurnalist həmin Rövşənin pensiyası barədə demək olar hər gün yazırdı. İş hazırda Gədəbəy rayon prokurorluğundadır.

Xəbər lenti