Gədəbəy, Ağdam və Tovuz ərazisi atəşə tutulub

Gədəbəy, Ağdam və Tovuz ərazisi atəşə tutulub
Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Nazirlik yazıb ki, bu gün səhər saat 07.00-dan başlayaraq qarşı tərəf cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib, hücumun qarşısı alınıb.
Ağdam rayonu ərazisidə  Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib. Bundan əvvəl oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Lakin razılaşmaya əməl edilmədi və oktyabrın 11-də Gəncə şəhəri atəşə tutuldu.

Xəbər lenti