“Galendewagen”lə ana və qızını öldürən çeçen təslim oldu “Galendewagen”lə ana və qızını öldürən çeçen təslim oldu

“Galendewagen”lə ana və qızını öldürən çeçen təslim oldu
Загрузка...
Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada "Galendewagen”lə "Niva”nı xurd-xəşil edib ana və qızının ölümünə, atanın ağır yaralanmasına səbəb olan çeçendən dərhal üzə çıxmağı və onun yanına gəlməyi tələb edib. "Əgər sən doğrudan da çeçensənsə və kişisənsə, müsəlmansansa xalqını biabrı etməli deyilsən, törətdiyin əmələrə görə cavab verməlisən. Əgər sükan arxasında başqa adam olubsa və sən onu məsuliyyətdən yayındırmağa çalışırsansa bundan heç nə alınmayacaq!!! Bütün məsuliyyətimlə tələb edirəm ki, harada gizlənirsənsə dərhal üzə çıx, polisə təslim ol. Əks halda xalq səni bağışlamayacaq, sən cəmiyyətdə üzdəniraq birinə çevriləcəksən”-Kadırov həmin çeçenə müraciətlə yazıb. Həmin qəza həftənin əvvəlində Moskvanın Mojaysk şossesində baş verib. 

Çeçen nömrə nişanlı "Gelandewagen” yüksək sürətlə hərəkətdə olarkən "Niva” avtomobilini vurub. Avtomobilin içərisində ata, ana və onların azyaşlı qızı olub. Qəzada ana və qızı ölüb. Cipin əlbəyaxa döyüş üzrə Çeçenistandan olan dünya çempionu Raxman Dudayevə məxsus olduğu müəyyən edilib. Sükan arxasında isə onun dostu-quldurluğa görə məhkum edilmiş Müslim Cambekov olub.
KİV-lər xəbər verir ki, Cambekov qəzadan sonra Moskvanı tərk edib, onun barəsində axtarış elan edilib. Ramzan Kadırov həmin çeçenə müraciətlə yazıb ki, onu harada gizlənsə də tapacaqlar. "Səni xəbərdar etməyi lazım bilirəm ki, əgər hüquq-mühafizə orqanları axtarmasalar belə biz səni axtarıb tapacağıq. Gizlənə bilməyəcəksən. Martın 25-dən bu yana bir neçə gün keçib! Heç olmasa indi ayıl və dərhal polisə get, yaxud yerini de!”-Kadırov sosial şəbəkələrdə yazıb.  

+++++++ 
Moskvada "Mercedes Gelandewagen” avtomobili ilə qəza törədib ana və qızının ölümünə səbəb olan, hadisə yerindən qaçıb gizlənən çeçen Ramzan Kadırovun xəbərdarlığından sonra bu gün polisə təslim olub. virtualaz.org xəbər verir ki, bu haqda Çeçenistan rəhbəri özü bildirib. "Müslim Cambekov Çeçenistan hüquq-mühafizə orqanlarına təslim olub...DİN rəhbərliyinin mənə verdiyi məlumata görə Cambekov deyir ki, qəzadan sonra şokda olub və zədə almışdı. Hərəkətini guya bununla əsaslandırır, hansı ki, əslində bu hərəkət kişiyə yaraşmır, rüsvayçıdır”-Kadırov Telegram-kanalda yazıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti