Fövqəlnazirə hərbi hissədən fövqəladə müraciət - "O bizə zülm edir..." Fövqəlnazirə hərbi hissədən fövqəladə müraciət -

Fövqəlnazirə hərbi hissədən fövqəladə müraciət -
Загрузка...
 Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hisssindən nazir Kəmaləddin Heydərova əsgərlər tərəfindən şikayət ünvanlanıb.  Criminal.az xəbər verir ki, fövqəladə hallar nazirinə ünvanlanmış şikayət sosial şəbəkələrdə yayılıb. Həmin şikayəti təqdim edirik:
"Cənab nazir, Vuqar Məmmədov adlı mayor rütbəli zabit bizə zülm edir. Hər gün içkili vəziyyətdə hərbi hissəyə daxil olaraq əsgərlərlə söyüş və təhqirlə rəftar edir. Əsgərlər yazıb bildirirlər ki, Vuqar Məmmədov bizi ölüm hədinə çatdırıb. Hətta elə vaxtlar oluru ki, valdeyinlərimizi də təhqir edir. Məzuniyyətə gedən əsgərlər, hərbi hissəyə geri dönəndə onlardan pul tələb edərək məzuniyyəti onlara zəhər edir. Biz bilmirik vətənə xidmət edək, yoxsa Vuqar Məmmədovun işgəncələrinə dözək. Biz əsgər olaraq özümüzü alçalmış hiss edirik. Cənab nazir, xahiş edirik Vuqar Məmmədovun tədbirin görəsiz". 
Qeyri iş günü olduğundan FHN-dən mövqe öyrənmək mümkün olmadı. 





Загрузка...
Загрузка...

Xəbər lenti