Füzuli Ələkbərov yenidən gündəmdə - Əmlakları üzə çıxdı Füzuli Ələkbərov yenidən gündəmdə - Əmlakları üzə çıxdı

Füzuli Ələkbərov yenidən gündəmdə - Əmlakları üzə çıxdı
Загрузка...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar yayılıb. Belə ki, F.Ələkbərovun sahib olduğu mülklərin, torpaq sahələrinin bir hissəsinin siyahısı və fotoları üzə çıxıb. Nazir olduğu dönəmlərdə adı kifayət qədər korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur. 

Xəbərə görə, uzun illərdir mübahisəli ərazi kimi gündəmdə olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin məhz F.Ələkbərova məxsus olduğu bildirilir. Kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının "Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.
Ərazi dayanacaq kimi fəaliyyət göstərir. Daha əvvəllər də vurğulandığı kimi, hasarlanmış ərazinin mərkəzdə uzun illərlə qalması şəhərin arxitektura görünüşünə xələl gətirir ki, bu da Bakı kimi turizmi prioritet seçən şəhər üçün yolverilməz haldır. Hər tərəfdə qədimi binalar, yaşayış, abadlıq işləri aparılıb, amma ortada həmin ərazi hasarlanmış formada qalıb. 

F.Ələkbərova məxsus olan daha bir əmlak Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 100 ünvanında yerləşir. Prospektin ikinci dərəcəli yolunda olan və daxilində tikili olan torpaq sahəsi hasarlanıb. Torpaq və tikinti sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı və texniki pasportu var. Torpaq sahəsi və tikili bina xüsusi mülkiyyətdədir. Ümumi sahəsi 0,303 ha təşkil edən torpaq sahəsində 226,3 m2 tikili mövcuddur (keçmiş "Moskva” mağazası). Su, qaz və işıqla təmin olunan və təmirə ehtiyacı olan tikili on ilə yaxındır nə tikilmir, nə də sökülüb yeri abadlaşdırılmır. Afn.az
Загрузка...
Загрузка...

Xəbər lenti