Füruzə Gülalıyeva: “Oqtay Gülalıyevin başqa müalicəyə ehtiyacı var”

Füruzə Gülalıyeva: “Oqtay Gülalıyevin başqa müalicəyə ehtiyacı var”
Загрузка...
 Oqtay Gülalıyevin vəziyyətində yaxşılaşma yoxdur. Müalicənin davamı üçün başqa klinikaya köçürülməlidir. Bu barədə onun xanımı Füruzə Gülalıyeva bildirib.
O, İstanbulda "Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır." O hələ də koma vəziyyətindədir. Eyni zamanda ağ ciyərinə düşmüş infeksiyanın aradan qaldırılması ilə bağlı müalicə olunur. Hazırda Oqtayın daha da ixtisaslaşmış klinikada müalicəyə ehtiyacı var. Neyrocərrahların cəlb olunması lazımdır”, - F.Gülalıyeva qeyd edib.
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər. Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib.
Загрузка...
Загрузка...

Xəbər lenti