"Fuad Muradovun xanımı Leyla Əliyevanın rəfiqəsi olmasaydı, o da döyərdi, sadəcə arvadından qorxur..."

Загрузка...
"Azərbaycan siyasəti elə bir hala gəlib ki, hər kəs öz oyununu oynayır. Əslində ölkə bir şəkildə ortada qalıb. İlham Əliyev hakimiyyətinin bu qədər uzun sürməsinin səbəbi də budur. Təbii ki bu gün alternativ qüvvə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır, əllərinə fürsət düşüb, Zümrüdün himayədarlarına çevriliblər". Bu fikri AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ailəsində baş verən son şiddət hadisələrindən sonra yazıçı-publisist Zümrüd Yağmurun Meydan TV-yə müsahibəsində deyib.
"Mən onlara deyirəm ki, siz şiddətə qarşı idinizsə, hərbiçinizi niyə öldürüb dərisini boğazından çıxarırdınız? Nardaran hadisələrində niyə insanlara işgəncə verirdiniz? Gəncə hadisələrində niyə o oyunları çıxarırdınız? Əgər şiddətə qarşı idinizsə, mənim 14 yaşlı qızımı küçənin ortasında niyə döydürürdünüz? Müxalifədən olan insanları adi sözünə görə niyə həbsxanalarda çürüdürsünüz? Bunlar absurd şeylərdir və çox qeyri-ciddi yanaşıram. Mənə siyahı atmışdılar, Fuad Muradovun da adı orda var idi. Mən sizi əmin edirəm ki, əgər Fuad Muradov qorxmasaydı ki, onun xanımı Leyla Əliyevanın rəfiqəsidir, o da döyərdi. O sadəcə olaraq arvadından qorxur deyə döyə bilmir. Azərbaycanda şiddət bizim ailə normalarımızın tərkib hissəsidir. Ona görə də, mənə irad tutulur ki, hamını döyürdülər də, niyə onlar bunu etməyib?".
Z.Yağmur deputat Əhəd Abıyevlə münasibətlərindən də söhbət açıb: "Əhəd Abiyevlə münasibətlərimin pozulması mən 9-cu sinifdə oxuyanda baş verib. Mənim cəbhəçi olmağımla bağlı deyil. Bunun da səbəbi Əhəd Abıyevgilin mənim atamı döyməsi olub. Qardaş-qardaşı döyüb. Bu nə Fuad Qəhrəmanlı ilə bağlı olub, nə də müxalifətçi olmağımla...".  
Z.Yağmur müsahibəsində ailəsində baş verən digər suallara da ətraflı cavab verib. Həmin müsahibəni təqdim edirik:
 
Загрузка...
Загрузка...

Xəbər lenti