"Fuad Ələsgərov dayımdır" deyən rəis "vuruldu"

Загрузка...
Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasının rəisi Ruslan Rəsulov tutduğu vəzifədən azad edilib. Criminal.az-ın əldə etdiyi məlumata görə, onun vəzifəsini təcridxananın tərbiyə işləri üzrə müavini Asif Quliyev icra edir. Ruslan Rəsulov isə 1 saylı Cəzaçəkmə Müəssisəsində dəstə rəisi vəzifəsinə təyinat alıb. 

Ruslan Rəsulov 
Bundan başqa R.Rəsulovun digər müavini Emil Ağayev də vəzifəsindən çıxarılaraq mühafizə alayına tağım komandiri təyin edilib və Goranboyda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə ezam edilib. 
R.Rəsulov və Emil Ağayev
Onu da əlavə edək ki, R.Rəsulovun qanunsuz əməlləri və həbsxanadakı nöqsanları haqda Criminal.az saytında bir neçə dəfə şikayətlər edilib. R.Rəsulov prezident İlham Əliyevin köməkçisi Fuad Ələsgərovun sürücüsü olan Niyazi adlı şəxsin bacısının həyat yoldaşı olsa da, hər yerdə "Fuad Ələsgərov mənim dayımdır" deyirdi. 

Загрузка...
Загрузка...

Xəbər lenti